hhhh

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldonun evlilik tarixi bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Jornal da Madeira” məlumat yayıb.

Bildirilib ki, futbolçu sevgilisi Corcina Rodrigezlə 2026-cı ilin yayında Madeyra adasında ailə quracaq.

Toy mərasimi Ronaldonun doğulduğu Funşaldakı kilsədə baş tutacaq və məclis dəbdəbəli oteldə davam edəcək. Ronaldo iyunun 11-dən iyulun 19-dək davam edəcək dünya çempionatından sonra evlənəcək”, – deyə əlavə edilib.

Günel Cəlil
Globalinfo.az  

Paylaş: