Ronaldonun maaşı ilə bağlı maraqlı məqam

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu portuqaliyalı ulduzu Kriştianu Ronaldonun maaşının 10 faizini ödəyir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Athletic” nəşri məlumat yayıb.

Bildirilib ki, maaşın qalan hissəsi isə Səudiyyə Ərəbistanının dövlət büdcəsindən ödənilir.

Qeyd edək ki, Ronaldonun illik maaşı 217 milyon avrodur.