Ronaldonun adı “Ginnesin rekordlar kitabı”nda

Cristiano Ronaldo Riyadh All Stars friendly

Kirştiano Ronaldonun adının “Ginnesin rekordlar kitabı”na düşməsi münasibətilə sertifikat təqdim edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Nəşr yazır ki, bu sertifikat 40 yaşlı hücumçuya UEFA Millətlər Liqasının 1/4 finalı üzrə Portuqaliya – Niderland (5:2) oyunundan öncə verilib.

Belə ki, Serxio Ramosun rekordunu (131) geridə qoyan Kriştianu Ronaldu milli komandada 132-ci qələbəsini qazanıb.

O bu nailiyyətə 2003-cü ilin avqustundan 2024-cü ilin noyabrına qədər olan müddətdə nail olub. Portuqaliya millisi sonuncu dəfə ötən il noyabrın 16-da Polşanı məğlub edib (5:1). Sözügedən matçda Ronaldu dubla imza atıb.