Ronaldodan Messinin adını qışqıran azarkeşlərə reaksiya

Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr” “Əl-Hilal”a uduzub.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, görüş 3:0 hesabı ilə “Əl-Hilal”ın xeyrinə başa çatıb.

Matçdan sonra “Əl-Hilal” azarkeşləri “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu əsəbiləşdirmək üçün Lionel Messinin adını qışqırmağa başlayıblar. Futbolçu pərəstişkarlarına öpüşlə cavab verib.

“Əl-Nəsr” 34 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci yerdədir. “Əl-Hilal” 41 xalla birinci yerdədir.