Ronaldo ərəb klubuna keçir? – Özü danışdı

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo İsveçrə ilə 1/8 final oyunundan (6:1) sonra “Əl-Nəsr” klubuna keçidi ilə bağlı dərc edilən xəbərlərə aydınlıq gətirib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirib-etdirməyəcəyi ilə bağlı  suala cavabı qısa olub:

“Xeyr, bu, doğru deyil”.

Qeyd edək ki, K.Ronaldo “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra indi azad agent statusundadır.