Ronaldo qalmaqallı qoldan danışdı – Fernandeşdən reaksiya

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo ötən gün Dünya Çempionatının qrup mərhələsində Uruqvayın qapısına vurulan ilk qolla bağlı danışıb.

Globalinfo.az xəbər verir ki, o, qol anında topa toxunduğunu deyib.

“Düşünürəm ki, topu mən qapıdan keçirdim. Çünki topa toxunduğumu hiss etdim”, – o bildirib.

Qeyd edək ki, qol əvvəlcə Ronaldonun adına yazılsa da, sonradan FİFA qolun müəllifini dəyişib və tabloda Bruno Fernandeşin adı qeyd edilib.

Bruno Fernandeş də sözügedən qolun Ronaldonun adına yazılmalı olduğunu vurğulayıb.

Aqşin
Globalinfo.az