“Ronaldo tezliklə Avropaya qayıdacaq” – AÇIQLAMA

“Əl-Nəsr”in baş məşqçisi Rudi Qarsiya Səudiyyə Ərəbistanı klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Globalinfo.az Sfera.az-a istinadən xəbər verir ki, mütəxəssis 37 yaşlı forvardın tezliklə Avropaya qayıdacağını bildirib:

“Ronaldo heyətimizin keyfiyyətcə təkmilləşdirilməsidir. O, dünyanın ən yaxşı hücumçularından biridir və rəqiblərimizin müdafiəçilərinə problem yaradacaq. Karyerasını “Əl-Nəsr”də bitirəcəyini düşünmürəm. Ronaldo tezliklə Avropaya qayıdacaq”, – deyə Qarsiya vurğulayıb.

Xatıraldaq ki, Ronaldo “Əl-Nəsr”lə 2.5 illik müqavilə imzalayıb. O, bu müddətdə ildə 200 milyon avro qazanacaq.