Ronaldo Səudiyyə Ərəbistanından qovula bilər – SƏBƏB

“Əl Nəsr”in hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanından deportasiya oluna bilər.

Globalinfo.az Fanat.Az-a istinadən xəbər verir ki, informasiyanı ESPN yayıb.

Portuqaliyalı ulduz futbolçu “Əl Hilal”la oyundan (0:2) sonra azarkeşlərə nalayiq jest etdiyi üçün ölkədən qovulmaqla hədələnib. Beynəlxalq hüquq üzrə ixtisaslaşmış səudiyyəli vəkil Nuf bin Əhməd portuqaliyalıların davranışına görə prokurorluğa iddia ərizəsi ilə müraciət edəcəyini bildirib.

“Rəqib azarkeşlər “Messi, Messi” qışqıraraq Ronaldonu təhrik etsə belə, o, səhv reaksiya verdi. Kriştianunun davranışı cinayətdir, bu, ədəbsiz ictimai hərəkətdir. Bu, əcnəbi tərəfindən törədildikdə, həbs və deportasiya ilə nəticələnən cinayətlərdən biridir”.

Qeyd edək ki, Ronaldo matçdan sonra paltardəyişmə otağına yollanarkən “Əl Hilal”ın tərəfdarları Lionel Messinin adını çəkərək onu qıcıqlandırıblar. O, azarkeşlərin davranışına qarşılıq olaraq əlini qasıq nahiyyəsinə atmaqla reaksiya verib.