Ronaldo qızını belə təbrik etdi – FOTO

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo qızı Bellanı ad günü münasibətilə təbrik edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ronaldo sosial şəbəkə hesablarında qızı ilə fotosunu paylaşaraq bu sözləri yazıb:

“Həyatının ilk ili mübarək, sevgilim. Atan səni çox sevir”.

Xatırladaq ki, Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigez 2022-ci ildə əkiz uşaqlar dünyaya gətirib. Onlardan oğlan olanı vəfat edib, Bella adlı qız isə sağ qalıb.