Ronaldo oyun bitməmiş getdi – Növbəti qalmaqal

“Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronaldo növbəti qalmaqalla gündəmə gəlib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, portuqaliyalı oyunçu İngiltərə Premyer Liqasının 12-ci turunda “Tottenhem”ə 2:0 qalib gəldikləri oyun başa çatmamış stadionu tərk edib.

O, meydana çıxmadığı üçün əsəbiləşərək paltardəyişmə otağına yollanıb.

Qeyd edək ki, Ronaldo bundan əvvəl oktyabrın 2-i keçirilən “Mançester Siti” ilə matçda da (3:6) ehtiyat oyunçular skamyasında qalmışdı. Həmin vaxt Ten Haq Ronaldonun karyerasına hörmət etdiyi üçün onu hesabda geridə olduqları oyunda meydana buraxmadığını söyləmişdi.