Ronaldo karyerasını nə vaxt bitirəcək? – Özü açıqladı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo kifayət qədər sağlam olduğu müddətdə idman karyerasını davam etdirəcəyini bildirib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun sözlərini məşhur insayder Fabrizio Romano qeyd edib.

Ronaldonun sözlərinə görə, nifrət edənlər onun futboldan getməsi xəbərini səbirsizliklə gözləyir, ona görə də mümkün qədər uzun müddət oynamaq və faydalı olmaq niyyətindədir.

“Deyirlər ki, Ronaldo artıq əvvəlki kimi deyil… Amma bu doğru deyil. Ayaqlarım dayanmağın vaxtının gəldiyini deyənə qədər oynayacağam. Hələ bəzi şeyləri edə bilərəm. Mən hələ də futbolu sevirəm, qol vurmağı və qalib gəlməyi sevirəm. Mən hələ də bunu sübut edirəm”, – Ronaldo bildirib.

Qeyd edək ki, portuqaliyalı “Əl-Nəsr”ə 2023-cü il yanvarın 2-də keçib. Klubla bağladığı müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq.