Ronaldo ilə baş məşqçi arasında gərginlik yarandı – SƏBƏB

Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo ilə baş məşqçi Fernando Santos arasında gərginlik yaranıb.

Globalinfo.az xəbər verir ki, buna baş məşqçinin Ronaldonu Qətərdə keçirilən dünya çempionatının hər 3 oyununda əvəzləməsi səbəb olub.

Bildirilib ki, məsələ artıq Portuqaliya Futbol Federasiyasının nəzarətinə götürülüb. Qurum mundial ərazində komanda daxilində sabitliyin pozulmasını istəmir.

Qeyd edək ki, Portuqaliya millisi 1/8 finalda İsveçrə ilə qarşılaşacaq.