Ronaldo Bakıya gəlir? – YENİLƏNİB

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Azərbaycana gəlməsi xəbərinə münasibət bildirilib.

Globalinfo.az-ın xəbərinə görə, onun dostu, WBC boks konvensiyasının  ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Gil Sanandros Kastelio Ölkə.Az-a özəl açıqlamasında bildirib ki, bu, yanlış məlumatdır, Ronaldonun beynəlxalq səviyyədə olan PR işlərinə onların media komandası nəzarət edir.

“Ümumiyyətlə, bizim layihələrin sifarişi minimum 6 ay öncədən müraciət əsasında təşkil olunur. İlkin danışıqlar gedir, sonda biz tərəfdən ilk mərhələyə razılıq verəndən sonra növbəti addımlar müzakirə olunur. Azərbaycandan isə bizə son illər heç bir müraciət daxil olmayıb. Tamamilə yalan məlumatdır”.

***10:02

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo Azərbaycana gələcək.

Globalinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən 38 yaşlı hücumçu Bakıya səfər edəcək.

Ronaldu şirkətlərdən birinin reklam siması olacaq. Ulduz futbolçu ilə görüş və korporativ imza mərasiminin keçirilməsi planlaşdırılır. Artıq tərəflər bütün detalları razılaşdırıblar, müqavilə hazırlanıb.

Səfərin dəqiq tarixi hələlik açıqlanmır.