Ronaldo ayın ən yaxşı oyunçusu seçildi

Səudiyyə Ərəbistanı çempionatında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ayın ən yaxşısı “Əl Nəssr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Kriştiano Ronaldo fevral ayında çempionatda 4 matçda 8 qol vurub, 2 qol ötürməsi edib.