Ronaldinyonun oğlu İspaniya nəhənginə transfer olundu

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyranın İspaniya “Barselona”sına keçidi rəsmiləşib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 18 yaşlı hücumçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Ölkəsində “Kruzeyro”nun yetirməsi olan Joao Mendeş Kataloniya təmsilçisinin U-19 komandasında çıxış edəcək.

Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illərdə “Barselona”nın formasını geyinib.