İtaliyanın paytaxtı Roma şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
“Yerli medianın məlumatına görə, bir neçə nəfər xəsarət alıb. Şahidlər hadisəni videoya çəkiblər. Kadrlarda güclü partlayışın baş verdiyi, bundan sonra insanların müxtəlif istiqamətlərə səpələndiyi görünür”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az