“Surroqat analığa bütün dünyada qadağa qoyulacağına ümid edirəm”.
Globalinfo.az xəbər verir ki, Roma Papası Fransisk Vatikan tərəfindən akkreditə olunmuş diplomatlara müraciətində deyib.
Roma Papası bildirib ki, artıq dünyada bir çox ölkələr bu xidməti qadağan edir:
“Mən qadınların və uşaqların ləyaqətinin kobud şəkildə alçaldılmasını əks etdirən, ananın maddi ehtiyacları ilə bağlı vəziyyətlərin istismarına əsaslanan surroqat analıq təcrübəsini acınacaqlı hesab edirəm”.
Xatırladaq ki, Bolqarıstan, Fransa, Almaniya, İtaliya, Portuqaliya, Tayvan və İspaniyada surroqat analığın hər bir forması artıq qadağandır.