Roma Papası Azərbaycan-Ermənistan sülh müqaviləsindən danışdı

0725d186b091d73807558ffe8dc701d1 o

Roma Papası Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Qeyd olunur ki, Papa Fransisk beşhəftəlik fasilədən sonra ilk dəfə Cemmeli xəstəxanasının pəncərəsinə çıxaraq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi barədə fikirlərini bildirib.

Mənbədən verilən məlumata görə, Roma Papası Cənubi Qafqazda sülh istiqamətində atılan addımları təqdir edib.

“Bu, ümid simvolu olsun ki, digər münaqişələr də dialoq və yaxşı niyyət vasitəsilə həll yoluna gedə bilər”, – deyə o, əlavə edib.

Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib. Onun bu gün, yəni martın 23-də xəstəxanadan evə buraxılacağı deyilir.

Aysel Əliyeva
Globalinfo.az