Çinin Şençjen şəhərində robotlar arasında ilk boks turniri baş tutub.
Globalinfo.az xəbər verir ki, yarışma “Unitree” şirkəti tərəfindən təşkil olunub və Çin televiziyasında canlı yayımlanıb.
Turnirdə robotlar özbaşına deyil, insanlar tərəfindən idarə olunaraq döyüşüblər. Bu qeyri-adi format bir çox izləyiciyə məşhur “Canlı polad” (“Real Steel”) filmindəki səhnələri xatırladıb.
Turnirin məqsədi həm robot texnologiyalarının inkişafını nümayiş etdirmək, həm də bu sahədə ictimai marağı artırmaq olub.
Aysel Əliyeva
Globalinfo.az