krl

Braziliya və dünya futbolunun əfsanəvi simalarından, bir dönəm Türkiyənin “Fənərbağça” klubunun futbolçusu olmuş Roberto Karlosun islam dinini qəbul etdiyi iddia olunub.

Globalinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, Braziliyada tanınan din xadimlərindən Şeyx Cihad Həmmadə məşhur futbolçunun uzun müddətdir onunla əlaqə saxladığını bildirib.

Həmmadənin sözlərinə görə, Roberto Karlos təxminən 4 həftə əvvəl onunla görüşüb və kəlmeyi-şəhadət gətirərək islamı qəbul edib.

İddialara görə, keçmiş futbolçu daha sonra Mərakeş əsilli Souhila Əl-Təhri ilə evlənib.

İslam qaydalarına uyğun keçirildiyi bildirilən nikah mərasimini isə Şeyx Cihad Həmmadə həyata keçirib.

BakuPost

Paylaş: