Roberta Metsola Zelenski ilə görüşdü

Avropa Parlamentinin prezidenti Roberta Metsola bu gün Ukraynaya səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Metsols tviterdə yazıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan Metsola ikinci dəfədir ki, bu ölkəyə səfər edir.

Səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşən Roberta Metsola Avropa Parlamentinin Ukrayna dövlətinə və xalqına dəstəyinin davamlı olacağını bildirib.