Rişi Sunak Britaniyanın yeni baş naziri seçildi

Rişi Sunak Britaniyanın yeni baş naziri seçilib.

Globalinfo.az bildirir ki, APA-nın Britaniya bürosunun xəbərinə görə, liderlik yarışında onun rəqibi Peni Mordont geri çəkilib. Bununla da Rişi Sunak Baş nazir postuna yeganə namizəd olub.

O, Boris Consonun hakimiyyəti zamanı maliyyə naziri vəzifəsini icra edib. Qeyd edək ki, Rişi Sunak hindistan əsillidir. Onun ailəsi 1960-cı illərdə Britaniyaya köçüb.