Qaribaşvili Rikerlə danışdı: Bakı və İrəvan arasında…

Tbilisidə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə ABŞ və Gürcüstan arasında strateji əməkdaşlığa dair müzakirələr aparılıb.

Məlumatda qeyd olunub ki, söhbət zamanı Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə və Gürcüstanın Ermənistan və Azərbaycan arasında vasitəçilik roluna da toxunulub.

Qeyd olunub ki, İrakli Qaribaşvili müzakirələrin istənilən münaqişənin həlli və irəliyə addım üçün yeganə yol olduğunu deyib.

Görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan da iştirak edib.