Rəsul Quliyev villasını yarım milyon dollara satdı – FOTOLAR

Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev Floridadakı villalarından birini satıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli feysbuk hesabında məlumat yayıb.

“Keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb. Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var”, – o bildirib.

Jurnalist malikanənin təxminən yarım milyon dollara satıldığını yazıb.

Qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də Florida ştatının Palm-Kost şəhərində yaşayır.