Restoranın altından 10-dan çox adamın qalıqları tapıldı

Moskvanın mərkəzində restoranın altından 10-dan çox adamın qalıqları tapılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə BAZA teleqram kanalı məlumat yayıb.

Məlumatda bildirilib ki,insan qalıqları əvvəllər “Qranatovıy sad” restoranının yerləşdiyi ərazdiə iş zamanı aşkar edilib. Belə ki, ərazidə yeraltı kommunikasiyaların sökülməsi istiqamətində işlər aparılarkən 3,5 metr dərinlikdə işçilər 10 kəllə, 17 fəqərə, 30 qabırğa, onlarla başqa sümük və 2 çənə sümüyü aşkar ediblər.

Qalıqların kimə aid olduğu məlum deyil.

Həmin yerdə də restoran 2012-ci ildə inşa olunub. Ondan əvvəl isə ərazi dayanacaq və sənaye zonası olub Ekspertlərin ilkin rəyıərin görə, qalıqları tapılan insanların ölüm müddəti 20-30 il olub.

Faktla bağlı araşdırmalara başlanılıb.