
Xəbər verdiyimiz kimi, ailə paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birinə qapıdan girib, pəncərədən çıxıb.
Globalinfo.az xəbər verir ki, Bakıda restoranda yeyib-içib pəncərədən qaçan ailənin kimliyi məlum olub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Şöbəsinin əməkdaşı, polis mayoru Anar Qafarov cavab verib.
O bildirib ki, görüntülərdəki şəxslər müəyyən edilərək Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət ediliblər:
“Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri 50 manat məbləğində cərimələniblər. Eyni zamanda, həmin şəxslər restorana vurduqları ziyanı da ödəyiblər”.