Respublika Perinatal Mərkəzinin təmirinə başlanılır

per

“Yanğın baş verən Respublika Perinatal Mərkəzinin təmir məsələsi müvafiq qurumlarla razılaşdırılıb”. 

Globalinfo.az xəbər verir ki, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

O qeyd edib ki, danışıqlar yekunlaşıb: “Bu həftə tender elan olunacaq və təmir işlərinə başlanılacaq”.

V.Qurbanovun sözlərinə görə, hələ ki, xəstəxanaya yeni direktor təyinatı yoxdur.

Xatrıladaq ki, bu ilin yanvarında Respublika Perinatal Mərkəzində yanğın baş verib. Yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.