Ukraynada müharibənin bitəcəyi vaxt açıqlandı – RƏSMİ

2023-cü il Rusiya və Ukrayna üçün qırılma anı olacaq.

Globalinfo.az xəbər verir ki, bunu “Qardian” qəzetinə müsahibəsində Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

O, gələn il Kiyevin savaşda qələbə qazanacağını və Krımın Ukraynanın nəzarətinə keçəcəyini bildirib.

Bunun belə, qəzet Krımın azad edilməsi ilə bağlı Ukrayna rəhbərliyinin çıxışlarının Bayden administrasiyası tərəfindən dəstəklənmədiyini də yazıb.

Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonda səfərdə olub. Səfər zamanı o, Vaşinqtondan Rusiya üzərində qələbə üçün daha çox silah istəyib. Təsadüfi deyil ki, səfərdən dərhal sonra Ukrayna nümayəndələri Qərbin onlara silah verdiyini, amma bunu Rusiya üzərində yekun qələbə üçün təqdim etmədiklərini bildiriblər.