Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB

“Açıq ikiüzlülük – Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında paylaşaraq Ermənistan XİN-in iddialarına cavab verib.

“Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir” – diplomat bildirib.