xin yeni

Azərbaycan Braziliyaya başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi X səhifəsində paylaşım edib.

“Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik”, – paylaşımda deyilir.

***

Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı XİN-in X səhifəsindəki hesabında paylaşım edilib.

“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi. Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, – paylaşımda bildirilib.

Paylaş: