1775744784 049671e2160041300849885131210248048 1

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, abidə mərhum rəssamın üçhissəli “Odlar yurdu” rəsm əsəri əsasında hazırlanıb.

Triptixin mərkəzi hissəsində “Xəzər bu gün” əsəri, sol tərəfində “Atəşpərəstlərin məbədi”, sağında isə Qız qalasının təsviri yer alır.

“Odlar yurdu” rəssamın yaradıcılığında xüsusi yerə malikdir.

Qəbirüstü abidənin müəllifi Tahir Salahovun 2023-cü ildə vəfat edən qızı Alagöz Salahova olub.

Tahir Salahov isə 2021-ci ilin 21 mayında 93 yaşında Almaniyada müalicə aldığı klinikada vəfat edib.

O, I Fəxri xiyabanda dəfn olunub.

ll 2 ll1 ll2 1

Paylaş: