“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçusu Eldar Quliyevin Azərbaycan pasportu almaqla bağlı qalmaqallı açıqlamasına şərh verib.
Globalinfo.az “Qafqazinfo”nun məlumatına görə, çalışdırıcı futbolçusunun sərt şəkildə cavab verməsinin yanlış olduğunu bildirib:
“Xeyli söhbətimiz olub. Ukraynada doğulub, özünü oranın vətəndaşı kimi görür. İstəyir ki, Ukrayna millisinə düşsün. Bu məni sevindirir. Asan deyil, kim olsaydı, razılaşardı ki, gedim Azərbaycan millisində oynayım. Rəqabət aparır, şansı da var. Amma soyuq və sərt cavab veribsə, yanlışlığa yol verib. İstəyərəm ki, Eldarı millimizdə görüm. Olmursa da, seçimi Ukrayna yığmasıdırsa, anlayışla qarşılayırıq”.
Qeyd edək ki, Eldar Quliyev bir neçə gün öncə verdiyi müsahibədə “Azərbaycan pasportu almaq mənim nəyimə lazımdır” deyərək ölkəmizin yığmasında oynamayacağını, Ukrayna millisini seçdiyini bildirmişdi.