Məhkəmə Rəşad Dağlı ilə bağlı qərar verdi – YENİLƏNİB

 

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a meyxanaçının vəkili Elvin Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu gün Qaradağ Rayon Məhkəməsinin hakimi Günay Həşimovanın sədrliyi ilə keçirilən prosesdə R.Dağlının həbs müddətinin uzadılması barədə qərar qəbul edilib.

***12:38

Qətl törətməkdə təqsirləndirilən Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəməsi başlayıb.

Globalinfo.az xəbər verir ki, proses Qaradağ Rayon Məhkəməsində hakim Günay Həşimovanın sədrliyi ilə keçirilir.

***11:45

Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Rəşad Dağlı hazırda Qaradağ Rayon Məhkəməsinə gətirilib.

Təqdimata hakim Gülnar Aslanova baxır.

Qeyd edək ki, Rəşad Dağlı tanışı -1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunur.

Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib.

Rəşad Dağlı məhkəməyə gətirilib - VİDEO