68fa820f7bb9d68fa820f7bb9e1761247759c7c3e78e3c9d26cc1158a8735d548eaa 31

Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub.

Globalinfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat tibb məntəqəsində həyata keçirilib.

Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir.

Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyevlə əlaqə saxladıq. Vəkilin sözlərinə görə, Rəşad Dağlı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib:

“Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur”.

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının 6 il 6 ay çəkilməmiş cəzası qalıb.

Paylaş: