“Report” 9 yaşında – baş redaktorun hesabatı

Bu gün “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 9 il ötür.

Globalinfo.az bu münasibətlə “Report” İA-nın baş redaktoru Murad Əliyevlə əlaqə saxlayıb.

M.Əliyev saytın fəaliyyəti haqda danışıb:

“2010-cu ildən sonra artıq deyirdilər ki, Azərbaycan mətbuatında kifayət qədər agentlik var və s. Lakin 2014-cü ildə “Report” yarandı və həqiqətən də Azərbaycan mediasına bir çox yeniliklər gətirdi. “Report”un fəaliyyətinin önəmliliyini biz Vətən müharibəsi zamanı hiss etdik. Çünki saytımızda Azərbaycan, rus və ingilis dilində xəbərlər yayımlanır. Dünya ictimaiyyətini məlumatlandırmaq üçün elə bu 3 dil kifayət edir. Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında “Report”un böyük əməyi oldu”.

M.Əliyev oxuculara müraciət edib:

“Oxuculara sözümüz odur ki, hər zaman dəqiq, dürüst məlumat yayan saytlara baxsınlar, onları izləsinlər. Məsələn, bu gün “Report”un xəbərlərini sizin də sayt daxil olmaqla digər bir çox saytlarda oxuya bilirik. Çünki oxucuya hörmət eləyən saytlar yalnız yoxlanılmış məlumatları dərc edirlər və “Report” da məhz yoxlanılmış, dəqiq xəbərin mənbəyidir. Tövsiyəm odur ki, oxucular məlumatları özünü təsdiq etmiş saytlardan oxusunlar”.

Globalinfo.az kollektivi olaraq “Report” İnformasiya Agentliyini 9 yaşı münasibətilə təbrik edirik. Həmkarlarımıza bol uğur, daha geniş oxucu auditoriyası arzulayırıq.

Zaira Akifqızı
Globalinfo.az