Repçi 3 mükafat aldı, dərhal həbs olundu – VİDEO

Repçi Killer Mayk Los-Ancelesdə keçirilən “Qremmi” mərasimində 3 mükafat qazandıqdan sonra həbs edilib.

Globalinfo.az xəbər verir ki, repçinin mərasimindən öncə bir mübahisəyə qarışdığı və bu səbəbdən həbs olunduğu bildirilir.

Sərbəst buraxılan K.Mayk fevralın 29-da Los-Ancelesdə məhkəməyə çıxarılacaq.

O, “Qremmi”də “ən yaxşı rep ifası”, “ən yaxşı rep” və “ən yaxşı rep albomu” nominasiyaları üzrə ümumilikdə 3 mükafat alıb.

Qeyd edək ki, “Qremmi” mərasimində ilin ən yaxşı mahnısı Billi Eilişin “Barbi” filmi üçün bəstələdiyi  “What Was I Made For?”, ilin ən yaxşı albomu isə Taylor Sviftə məxsus “Midnights” seçilib.

Əliyar Xəlil
Globalinfo.az