
Məşhur amerikalı reper Snop Doggun “Telegram”ın təsisçisi Pavel Durova müraciəti gündəm olub.
Globalinfo.az xəbər verir ki, o, X sosial şəbəkəsində paylaşım edib.
“Qardaş, uşaq sahibi ola bilmirsən, balaca it balalarını böyüdürsən. Bir az yavaş ol!”, – deyə reper ironik məsləhət verib.
Cavabında Pavel Durov, “Doggu başa düşmək üçün gərək özün Dogg olasan” yazıb və reperlə məsləhətlərini bölüşməyə hazır olduğu deyib.
Xatırladaq ki, 2024-cü ilin iyulunda Pavel Durov anonim ianə sayəsində 12 ölkədə 100-dən çox uşaq atası olduğunu söyləyib.
“Hər şey 16 il əvvəl dostlarından birinin uşaq sahibi ola bilmədiyi üçün məndən biomaterial bağışlamağımı xahiş etdikdən sonra başladı. Klinikada dedilər ki, yüksək keyfiyyətli donor materialı çatışmazlığı var və daha çox sperma bağışlamaq vətəndaşlıq borcumdur”.
Reper Snop Doggun isə dörd övladı var.
Leyla Əlisoy
Globalinfo.az