667068

Fransanın məşhur avtomobil konserni “Renault” Ukraynada pilotsuz uçuş aparatları (PUA) istehsal etməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “France Info” radiosu mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, “Renault” Ukraynada fəaliyyət göstərən fransız müdafiə sənayesinə aid kiçik və orta müəssisələrlə əməkdaşlıq edəcək. Zavodların istehsal xətləri cəbhədən onlarla və ya yüzlərlə kilometr məsafədə yerləşəcək.

Avtokonsernin nümayəndələri bildiriblər ki, bu məsələ ilə bağlı Fransa hökuməti onlarla əlaqə saxlayıb, lakin Renault bu mərhələdə hələ yekun qərarın verilmədiyini vurğulayıb.

Hazırlanacaq dronlar ilk növbədə Ukrayna ordusuna verilmək üçün nəzərdə tutulsa da, eyni zamanda Fransa ordusu üçün də istifadə ediləcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: