Rəisindən şikayət edən keçmiş polis həbs edildi – FOTO / YENİLƏNİB

Daxili işlər orqanlarından qovulmuş sabiq polis nəfəri ilə bağlı iddialar və görülən tədbirlər açıqlanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

O, qeyd edib ki, 6 vətəndaşdan daxil olan şikayət əsasında sabiq polis nəfəri Asim Kərimov barəsində DİN-də cinayət işi başlanılıb. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Keçmiş polis orqandan xaric edildikdən sonra vətəndaşlardan hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinir.

***09:00

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.

Globalinfo.az-ın xəbərinə görə, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, həmin şəxs polis orqanlarında xidmət edib. E. Hacıyevin sözlərinə görə, o, xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib.

Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib.

Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız,  həqiqətə uyğun olmayan iddialar səsləndirir.

Qeyd edək ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə A.Kərimov polis polkovniki, hazırda Abşeron RPİ-nin rəisi olan Musa Musayevin qohumu kimi təqdim edilir və elə həmin vaxt onun əmri ilə polis orqanlarından xaric edilib.

din-den-polkovnikle-bagli-ittihamlara