“Qəzanın arxasında İsrailin olduğuna dair iddialar reallığa uyğun gəlsəydi, İran mütləq bununla bağlı açıqlama yayardı”.
Globalinfo.az xəbər verir ki, bunu iranşünas Janna Vardanyan deyib.
O bildirib ki, qəzanın baş verməsinə ən məntiqli səbəb elə əlverişsiz hava şəraitinin olmasıdır:
“Həqiqətən də axtarış tədbirləri zamanı ərazinin dumanlı olduğu görünürdü. O şəraitin qəzaya səbəb ola biləcəyi aydın nəzərə çarpırdı. Həmçinin hadisə helikopterin nasazlığı səbəbindən də baş verə bilər, çünki İran sanksiyalara görə əsas aviasiya hissələrini ala bilmir”.
Ayşən Mustafa
Globalinfo.az