Rəis və müstəntiqlərin işdən çıxarılması xəbəri yayıldı – DİN-dən reaksiya

Yasamal rayon Polis İdarəsində kompleks yoxlamalar aparılıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, yoxlamalar zamanı 4 nəfər işlərində yol verdikləri nöqsana görə işdən azad olunub.

Onlardan birinin rəis, üçünün isə müstəntiq olduğu bildirilib.

Məsələ ilə bağlı saytımıza danışan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev xəbəri təkzib edib.

O, sonuncu dəfə belə bir hadisənin 8 ay əvvəl baş verdiyini deyib.

Zaira Akifqızı
Globalinfo.az