Rəis əmr imzaladı: 5 nəfərə töhmət verildi

Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 müəssisə rəhbərinə töhmət verilib.

Globalinfo.az bildirir ki, bununla bağlı idarə rəisi Qalib Həsənov əmr imzalayıb.

Əmrlə Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzinin direktoru Odər Ağayevə, Ağcabədi rayon Kəhrizli kənd uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Elvin Məmmədova, Ağcabədi rayon Boyat kənd uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Şahnaz Əhmədova, Laçın rayon Mədəniyyət Mərkəzinin direktoru Sadıx Axundova, Laçın rayon Şəmkənd kənd uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Qəmər Hüseynovaya töhmət verilib.

Onlara töhmət verilməsinə səbəb isə “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) əməkdaşların əmək müqaviləsi bildirişlərinin icrasına vaxtında va düzgün qaydada yerinə yetirilməsinə nəzarət, eyni zamanda işdən azad edilmiş əməkdaşların xitam əmrləri haqqında məlumatları qanunda nəzərdə tutulmuş müddət ərzində sistema daxil etməmələri olub.