mher qriqoryan

“Rusiya ilə münasibətlərdə problemlər mövcuddur, amma onları həll etmək lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“Yalnız Rusiya ilə münasibətlərdə çətinlik yoxdur. Məncə, bu maneələri azaldıb, aradan qaldırmaq lazımdır. Dünyada, xüsusilə bizim regionda situasiya mürəkkəbdir. Bu, çoxsaylı suallar yaradır ki, hələlik onlara cavab verilməyib”, – M.Qriqoryan bildirib.

Qeyd edək ki, Ermənistanla Rusiya arasında münasibətlər son illər çox gərginləşib. Moskva Ermənistanı Qərbə inteqrasiya edərək, Rusiyaya qarşı fəaliyyətdə ittiham edir. Ermənistan isə Rusiyanı onu müdafiə etməməkdə günahlandırır. İrəvan yaşananların fonunda KTMT-dəki üzvlüyünü de-fakto dondurub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: