qarrr

Rusiyada şiddətli şaxtalar və qəfil hava dəyişiklikləri barədə xəbərdarlıq edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand danışıb.

O bildirib ki, yaxın günlərdə paytaxtda dəhşətli şaxtaların olacağı və qar yağacağı gözlənilir:

“Ümumiyyətlə, ən aşağı temperatur Moskva vilayətinin cənub-şərqində qeydə alınıb və burada Ural dağlarından gələn soyuq hava kütləsinin təsiri güclü şəkildə hiss olunur. Çerustidə temperatur -30°C-yə çatıb, Moskvanın özündə isə gecə minimum temperaturu -18-20°C, gündüz minimum temperaturu isə -15°C ətrafında qeydə alınıb. Bu göstəricilər iqlim normasından 12-13°C aşağıdır”.

Hidrometeorologiya Mərkəzinin məlumatına görə, yanvarın 27-si gecəsindən başlayaraq qar yağması, yağıntının gündə təxminən 10 mm-ə çatması mümkündür.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: