“Ermənistan tərəfi regionda eskalasiya üçün legitim əsas görmür”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.
“Biz bunun üçün qanuni əsas görmürük. Ermənistanın qonşularının suallarına cavabları var. Düşünürəm ki, bizim cavablarımız bütün ziddiyyətləri aradan qaldıra və regiona sülh gətirə bilər. Biz beynəlxalq tərəfdaşlarla və Azərbaycanla ikitərəfli əsasda işləməyə davam edəcəyik”, – deyə Papikyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az