Regionda baş vermiş böyük dəyişikliklərin təşəbbüskarı Azərbaycandır

Bu gün hər bir soydaşımız, eləcə də dünya azərbaycanlları Aərbaycanın dünyada qalib ölkə kimi tanınmasından qürur hisi keçirir. Hər birmiz qürur hissi ilə deyə bilərik ki, Azərbaycan özünün qüvvəsi, yenilməz ordusunun gücü ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Tariximizin bu şanlı səhifəsi prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən liderliyi, düşünülmüş siyasi kursu, müdrikliyi, qətiyyəti və cəsaəti  sayəsində mümkün olmuşdur. Dövlətimizin başçısnın uzunmüddətli səyləri ilə bütün Azərbaycan cəmiyyəti vahid amal naminə səfərbər oldu və Ermənistanın 30 illik işğalına son qoyuldu. Bu tarixi  Azərbaycanın dünya miqyasındakı reytinqini daha da artırdı. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri sürətlə davam edir. Otuz il yurd həsrətində olan keçmiş məcburi köçkün soydaşlarımız böyük sevinclə dədə-baba yurdlarına qayıdırlar.

Globalinfo.az xəbər verir ki, bu fikirləri xalqqazeti.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, bu barədə bir neçə gün əvvəl ADA Universitetində  Prezident İlham Əliyevin iştirakı ilə həmin universitetin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda daha ətraflı söhbət açılıb. O deyib ki, Vətən müharibəsində Ermənistan üzərindəki şanlı Qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bununla yanaşı, dövlətimizin qarşısında  nəhəng vəzifələr qoydu. İri infrastruktur layihələrin reallaşdrılması ilə yanaşı, keçmiş məcburi köçkünlərin rahat qayıdışı və məskunlaşması da təmin edilir. Məlum olduğu kimi, bir milyona yaxın soydaşımz işğalın qurbanı olub, onların evləri, eləcə də kəndlər, qəsəbələr, rayonlar, tarixi-mədəni abidələrimiz talan edilib və dağıdılıb. Keçmiş məcburi köçkün ailələri ilə keçirilən çoxsaylı görüşlərdə  onların ehtiyacları və prioritetlərini daha yaxşı anlamaq üçün müxtəlif sorğular aparılmış, onlar hamılqla doğma şəhər və kəndlərinə qayıdışla bağlı böyük istək ifadə etmişdilər. Onların bu arzusunu Ali Baş Komandan İlham Əliyev reallaşdırdı. Forum iştirakçları azad olunmuş Zəngilan rayonunun ağıllı və ekoloji cəhətdən təmiz Ağalı kəndinə səfərləri zamanı da bunun şahidi oldular.

Ç.Qənizadə deyib ki, məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi bu forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etməyə əlverilşi imkan yaratdı. Dövlətimizin başçısının forumdakı çıxışı, ona ünvanlanmış sualları cavablandırması, 30 il ərzində baş verənlərə aydınlıq gətirməsi, həm forum iştirakçları, həm də beynəlxaıq ictimaiyyətin nüyəndələri üçün böyük maraq doğurmuşdur. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan təşəbbüskar ölkədir, regionda vəziyyətin dəyişməsinin və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı da məhz Azərbaycandır. Tədbir iştirakçılarına da məlum oldu ki,  Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyib. Təəssüflər olsun ki, bu, mümkün olmayıb. Bunun bir çox səbəbi var idi. Əsas səbəblərdən birinin Qarabağda Ermənistana məxsus 15 minə yaxın  hərbçinin olmas idi. Onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. Azərbaycanın sülh çağrşları, çoxsaylı müraciətləri və bəyanatları nə Ermənistan, nə də onun havadarları tərəfindən lazımi şəkildə dəyərləndirildi.

Hüquq müdafiəçisi dövlətimizin başçısnın çıxşından bəzi məqamları xüsusi vurğulayaraq deyib ki, Ermənistanın baş nazirinin ziddiyətli fikirləri vəziyyəti getdikcə mürəkkəbləşdirdi. O, keçən ilin oktyabrında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımış və həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra keçmiş Dağlıq Qarabağın “müstəqilliyi” münasibətilə separatçılara təbrik göndərməklə qeyri-ciddi olduğunu bir daha təsdiqləmişdi. Paşinyanın ikinci və sonuncu qırmızı xətti isə İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş şifahi razılıqların tamamilə pozulması oldu. Regionda böyük dərəcədə dəyişikliklərin baş verməsindən söhbət açan dövlətimizin başçısı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etdiyni diqqətə çatdırdı.Təbii ki, bütün bunlar sülh yolu ilə həyata keçirililməli idi. Lakin Ermənistan havadarlarının dəstəyi ilə işğalçılq siyasətindən əl çəkmədi və nəticə göz qabağındadır. Azərbaycan öz gücü ilə Vətən müharibəsini 44 gün ərzində başa çatdırdı və sentyabrın 19-20 də bir günlük antiterror tədbiri ilə ərazi bütövlüyünü  bərpa etdi.

Komitə sədri dövlət başçımızın çıxışına istinad edərək deyib ki, son illər dünyada  baş verən gərginliyə baxmayaraq, Azərbaycan düzgün siyasət aparıb. Bu siyasət ölkəmizi dünyada qalib dövlət kimi tanıdıb. Hazırda Azərbaycanda vəziyyət sabitdir. Ölkəmizin daxili vəziyyəti xarici amillərdən qətiyyən asılı deyil.