Redaksiyamızın pəncərəsindən görünən qalib və məğrur Azərbaycan – VİDEO

 

 

8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. 2020-ci ilin bu günü ölkəmiz 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbə qazandı. 30 ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğalındakı torpaqları azad etdi.

2020-ci ilin bu günü də daxil olmaqla artıq 3-cü ildir ki, Azərbaycanda 8 noyabr qələbə və Zəfər Günü kimi qeyd edilir.

Bu gün də paytaxt Bakı daxil olmaqla, əksər şəhər və rayonlarda Zəfər Günü böyük coşğu, şadyanalıqla qeyd edilir.

Bu coşğu və qələbə sevinci Globalinfo.az-ın redaksiyasının yerləşdiyi Afiyəddin Cəlilov küçəsində də müşahidə olunur. Gün ərzində buradan maşınların iştirakı ilə böyük karvanlar keçməkdədir. Gənclər, Vətən müharibəsi iştirakçıları işıqforun yaratdığı fasilələrdə maşınlardan düşərək rəqs edirlər, şadlanırlar. Həmin kadrların bir neçəsini oxucularımızla paylaşırıq.