“Real Madrid”in keçmiş hücumçusu Xoselu Avropaya qayıda bilər.
Globalinfo.az xəbər verir ki, İspaniya millisinin sabiq forvardı ilə bir neçə komanda maraqlanır.
Vaxtilə “Real”ın heyətində UEFA Çempionlar Liqasının qalibi olan Xoselu yaxın həftələrdə bununla bağlı qərar verəcək.
O, cari mövsümdə “Əl-Qarafa”nın heyətində 22 oyunda 9 qol vurub.