“Real”ın müdafiəçisi Antonio Rüdiger üzrxahlıq edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
Belə ki, İspaniya kubokunun “Barselona” ilə ötən gecə keçirilən final matçında (2:3) o, hakimə hücum edib və referiyə kənar əşya atıb.
Buna görə futbolçu təəssüfləndiyini bildirib:
“Dünənki davranışım üçün heç bir bəhanə yoxdur. İkinci hissədən başlayaraq çox yaxşı oyun göstərdik. 111-ci dəqiqədən sonra komandama daha kömək edə bilmədim və final fitinə qədər səhv etdim. Hakimdən və məyus etdiyim hər kəsdən bir daha üzr istəyirəm”.
Əliyar Xəlil
Globalinfo.az