
Real Televiziya kanalının fəaliyyətə başlamasının 7-ci ildönümüdür.
Globalinfo.az xəbər verir ki, “Real Təhlil İnformasiya Mərkəzi” MMC 2018-ci il martın 15-də fəaliyyətə başlayıb.
2019-cu il mayın 10-da ümumrespublika yayımına çıxıb. 24 saatlıq rejimlə fəaliyyət göstərən televiziya kanalı təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Hər gün aktual mövzuların müzakirəsi və siyasi gündəmin dəyərləndirilməsi ilə balı müxtəlif verilişlər təqdim olunur.
Əməkdar jurnalist, televiziyanın təsisçisi Mirşahin Ağayev ildönümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Qarabağın işğaldan azad edilməsi, keçmiş köçkünlərimizin yurd-yuvasına qayıdışı, bir sözlə, tariximizin ən böyük zəfəri xəbərini vermiş qədər xoşbəxt bir kanal özünə başqa nə arzulaya bilər ki? Yalnız iş, iş, iş…!
Real TV-ni fəaliyyətinin 7-ci ildönümü münasibətilə təbrik edirik!